Türkiyədə koronavirusdan sağalanların sayı 5,08 milyonu ötüb

00:01 - 29 May 2021 - DÜNYA

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 164 nəfər dünyasını dəyişib.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 47 134 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 7 773 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 228 322 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 12 284 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 083 099 nəfər təşkil edir.

Xəbər xətti