"Tut sallanım boynundan, ..." - Elza Seyidcahanın şeirləri tənqid olundu
18:36 - 28 May 2021 - MAQAZİN
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu Əməkdar artist Elza Seyidcahanın şeirlərini tənqid edib.
Ucnoqta.az xəbər verir ki, musiqiçi bu haqda "Həmin Zaur" proqramında deyib. O bildirib ki, Seyidcahan şairləri təhqir edir:
"Elza xanım savadlı, gözəl bəstəkardır. Şeirləri isə "hətələm-pətələmdir". Xoşlamıram onun şeirlərini. Bəyənmirəm, burada nə var ki? Amma gözəl, savadlı sənətkardır. Şeir yazmağı özünəməxsusluq deyil.
"Tut sallanım boynundan, atdanım çiynindən" olmaz axı... Şairlərə böyük hörmətsizlikdir. Özü üçün yazırsa, onda gündəmə çıxarmasın. Sosial şəbəkələrdə yaymasın".///axşam.az