Şoyqu ilə Arutyunyan görüşdü

15:21 - 28 May 2021 - DÜNYA

Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyanla Rusiya müdafiə naziri Sergey Şoyqunun Moskvadakı görüşündə mövcud məsələlər müzakirə edilib.

Axar.az xəbər verir ki, bu məlumatı “RİA Novosti” agentliyi yayıb.

Məlumata görə, görüşün başlanğıcında Şoyqu regional məsələlərin müzakirəsini təklif edib.
“Biz Qarabağdakı sülhməramlıların fəaliyyəti ilə əlaqədar təhlükəsizlik məsələlərini müzakirə edəcəyik, amma sözsüz ki, hazırda yaranan gərginlik də müzakirə ediləcək”, - Şoyqu bildirib.

Xəbər xətti