Cəlilabad rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.
Məlumata görə, əvvəllər evli olan C.Bayramovla R.Xanəliyeva sonradan aralarında baş verən narazılıqlar səbəbindən boşanıblar. Onların boşanmasından artıq 10 il ötüb. Ötən gecə isə C.Bayramov R.Xanəliyevanın yaşadığı evə gələrək onunla yenidən barışmaq istədiyini bildirib. Lakin keçmiş ərlə arvadın aralarında mübahisə düşüb və daha sonra kişi R.Xanəliyevanı qətlə yetirib.
Hadisədən sonra yaralı qadını qohumları aşkar edib. R.Xanəliyeva Cəlilabad Rayon Mərkəzi Xətəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.///report
14:46
Cəlilabad rayonunda qətl hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1980-ci il təvəllüdlü Bayramov Cavid Nəriman oğlu keçmiş həyat yoldaşı, 1976-cı il təvəllüdlü Xanalıyeva Rəna Allahqulu qızına çoxsaylı bıçaq zərbələri vuraraq onu qətlə yetirib.
Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir. İlkin məlumatlara əsasən, qətl hadisəsi ötən gecə 2-3 radələrində R.Xanalıyevanın yaşadığı evdə baş verib.
Qeyd edək ki, cütlüyün məktəbli iki övladı var.
Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılır.