Koronavirus xəstəsi ictimai yerdə aşkarlandı

12:06 - 28 May 2021 - HADİSƏ

Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, mayın 27-də Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, aktiv koronavirus xəstəsi olan Bakı şəhər sakini A.Əhmədovun yaşadığı evi tərk etməsi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən saxlanılan A.Əhmədovla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə evinə qaytarılıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.

Xəbər xətti