Gəncədə fərdi yaşayış evi yanır, bir nəfər ölüb

22:48 - 27 May 2021 - HADİSƏ

Gəncədə fərdi yaşayış evində yanğın baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Nizami Gəncəvi prospektində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə bölməsinin canlı qüvvəsi və texnikası cəlb edilib.

İlkin məlumata görə, yanğın zamanı bir nəfər ölüb.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

Xəbər xətti