Bakıda avtomobillə motosiklet toqquşub

07:28 - 27 May 2021 - HADİSƏ

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Belə ki, rayon ərazisində motosikletlə avtomobilin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü, Əfəndiyev Nicat Xeyirbəy oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ dizin və döş qəfəsinin əziyi diaqnozları qoyulub.

Xəbər xətti