Türkiyədə koronavirusdan daha 166 nəfər vəfat edib

23:23 - 26 May 2021 - DÜNYA

Son 24 saat ərzində Türkiyədə koronavirusdan 166 nəfər vəfat edib.

“Haber Global” ölkənin Səhiyyə Nazirliyinə istinadən bildirir ki, mayın 26-da yoxlanış məqsədilə götürülən 221 214 testdən 8738-i müsbət çıxıb.

Sutka ərzində 12 205 nəfərin sağalması və ya karantin müddətinin bitməsilə bugünədək virusdan sağalanların ümumi sayı 5 057 713 nəfərə yüksəlib.
Qeyd olunur ki, hazırda Türkiyə xəstəxanalarında COVİD-19 diaqnozu ilə yatan ağır xəstələrin sayı 1561 nəfərdir.

Xəbər xətti