Şəmkir sakini keçmiş arvadını və baldızını bıçaqlayıb - (YENİLƏNİB)

21:21 - 26 May 2021 - HADİSƏ

Şəmkir rayonunda yerli sakin keçmiş arvadını və onun bacısını bıçaqlayıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, 1977-ci il təvəllüdlü Gürzalı Alıyev mübahisə zəminində keşmiş həyat yoldaşı, 1987-ci il təvəllüdlü Şəlalə Tağıyevanı və onun bacısı, 1989-cu il təvəllüdlü Şəhla Süleymanovanı bıçaqlayıb. Hər iki qadın bir bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


20:31

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.

33 yaşlı Süleymanova Şəhla və Tağıyeva Şəlalə bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal hər iki xəstə əməliyyat olunub, vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.///Apa

Xəbər xətti