ABŞ ordusu Suriyanı tərk etməyi planlaşdırmır

08:56 - 26 May 2021 - DÜNYA

Amerikan hərbi kontingenti Suriyada qalmağda davam edir. Buna səbəb Vaşinqtonun fikrincə terror təhlükəsinin aradan qalxmamasıdır.

Trend TASS-a istinadən xəbər verir ki, bunu Pentaqon sözçüsü Con Kirbi jurnalistlər üçün brifinqdə deyib.

Amerikan kontingentinin Suriyada vəziyyətin tam nizamlanmasına qədər qalıb-qalmayacağı soruşulduqda, sözçü ABŞ-ın Suriya torpaqlarında İŞİD-ə qarşı mübarizəyə görə olduğunu bildirib: "Onlar [ABŞ hərbçiləri] Suriyadakı vətəndaş müharibəsi ilə əlaqəli digər daha geniş məsələlərdə iştirak etmirlər. İŞİD-lə mübarizə aparırlar və sonda nə qədər orada olacağına qərar vermək baş komandanın əlindədir".

 

Xəbər xətti