Pəncərənin şüşəsini dəyişərkən BİLƏYİ KƏSİLDİ

21:45 - 25 May 2021 - HADİSƏ

Goranboy sakini bədbəxt hadisə nəticəsində biləyini kəsib. 

Lent.az-ın məlumatına görə, hadisə rayonun Nizami kəndində baş verib.

Yaşadığı mənzilin pəncərəsinə yeni şüşə salmaq istəyən kənd sakini ehtiyatsızlığının qurbanı olub. Şüşə parçası 1983-cü il təvəllüdlü kənd sakini Rəşad İbrahimovun əlində  qırılaraq onun sağ bilək nahiyəsini kəsib. O biləyinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti