ABŞ-ın pilotsuz tankı NATO təlimlərində - Video

20:18 - 25 May 2021 - DÜNYA

ABŞ ordusu tamamilə robotlaşdırılmış “Ripsaw M5” tankını NATO-nun “Avropanın müdafiəçisi - 21” təlimlərinə cəlb edib.

Bu barədə ABŞ ordusundan məlumat verilib.
Məlumata görə, 10 ton ağırlığında olan pilotsuz tanklar dizel və hibrid elektromühərriklərlə işlə bilir.

Bu tanklara müxtəlif atıcı silahlar, artilleriya, eləcə də üçüncü nəsil “Javelin” tank əleyhinə kompleksləri, hava hücumundan müdafiə sistemləri və xüsusi avadanlıqlar quraşdırmaq mümkündür.

“Ripsaw M5” atəş dəstəyi, müşayiət, kəşfiyyat tapşırıqlarını da yerinə yetirə bilir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu tankın tamamilə səssiz hərəkət etmək imkanı var. Tank hər yerdə - səhra, qarlı, təpəlik yerlərdə hərəkət etmək qabiliyyətinə malikdir.


​///Axar.az

Xəbər xətti