Rusiya S-500 zenit-raket komplekslərini sınaqdan keçirir

18:50 - 25 May 2021 - DÜNYA

Rusiyada S-500 zenit-raket kompleksinin sınaqları uğurla davam edir.

Bunu Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin və hərbi-sənaye müəssisələrinin rəhbərliyi ilə iclas zamanı deyib.
O bildirib ki, sınaqlar başa çatdıqdan sonra həmin komplekslər qoşunların ixtiyarına veriləcək.

V.Putin əlavə edib ki, Rusiya Hərbi-Kosmik Qüvvələrinin zenit-raket alaylarının 70 faizdən çoxu S-400 zenit-raket kompleksləri ilə silahlanıb.///trend

Xəbər xətti