Bakıda yanğınsöndürən maşın qəzaya düşüb - yanğınsöndürənlər xəsarət alıb

16:52 - 25 May 2021 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşını qəzaya düşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva APA-ya bildirib ki, hadisə bu gün günorta Binəqədi rayonu ərazisində baş verib.

Qəza nəticəsində Dövlət Yanğından Mühafizə Xidmətinin bir neçə əməkdaşı xəsarət alıb.
Xəsarət alanlardan biri xəstəxanaya yerləşdirilib, qalanları ambulator yardım göstərilərək evə buraxılıb.

Qeyd edək ki, yanğınsöndürən maşın “KamAZ” markalı yük avtomobili ilə toqquşub.

Xəbər xətti