Bakıda 3 nəfərin öldüyü yol qəzası ilə bağlı rəsmi məlumat

13:42 - 25 May 2021 - HADİSƏ

Daxili İşlər Nazirliyi Bakıda 3 nəfərin öldüyü yol qəzası ilə bağlı məlumat yayıb. DİN mətbuat xidmətindən verilən məlumata görə, mayın 24-də saat 16 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində F.Əhmədov idarə etdiyi “Feldbinder” markalı qoşqulu yük avtomobilini qarşıda dayanmış S.Məhərovun idarə etdiyi “Mercedes Vito” markalı avtomobilə vurub. Nəticədə S.Məhərovun 3 sərnişini hadisə yerində öüb, özü və 5 sərnişini xəstəxanaya yerləşdiriliblər. Onlardan ikisinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, digərlərinin vəziyyətləri orta-ağırdır. Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Xəbər xətti