Aeroport yolunda baş verən dəhşətli qəzanın ANBAAN VİDEOsu

09:53 - 25 May 2021 - HADİSƏ

Dünən hava limanı yolunda baş verən faciəvi qəzanın nəzarət kameralarına düşmüş anbaan görüntüləri yayılıb. 

Ucnoqta.az Avtosfer.az-a istinadən xəbər verir ki, "Mercedes Vito" markalı avtomobilin sürücüsü yolun hərəkət hissəsində dayanan zaman arxadan gələn yük maşını onu vuraraq təxminən 100-150 metr sürüyüb.

Yayılan məlumatda "Mercedes" markalı minik avtomobilinin taksi xidməti ilə məşğul olduğu və qəza zamanı sərnişin mindirmək üçün dayandığı qeyd olunur.

Qəza nəticəsində 3 nəfər həlak olub, 5 nəfər isə yaralanıb.

 

Xəbər xətti