İraqda hərbi-hava bazasına raket zərbəsi endirildi

00:29 - 25 May 2021 - DÜNYA

İraqda beynəlxalq koalisiya qüvvələrinin istifadə etdiyi Əyn-əl-Əsəd hərbi-hava bazasına raket zərbəsi endirilib.

Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, Ənbarda yerləşən bazaya azı bir raket düşüb. Daha iki raket bazaya çatmamış partlayıb.

Zərbənin fəsadları və ya itkilər barədə məlumat verilməyib.

Əyn-əl-Əsəd hərbi-hava bazası paytaxt Bağdaddan 110 kilometr qərbdə yerləşir.

Qeyd edək ki, bazada ABŞ hərbçiləri yerləşdirilib.

Xəbər xətti