Ermənistan ordusunda daha bir əsgər intihar etdi

21:01 - 24 May 2021 - HADİSƏ

Ermənistan ordusunun müddətli hərbi xidmətə çağırılmış daha bir əsgərinin cəsədi asılmış vəziyyətdə aşkar olunub.

Bu barədə “Sputnik Armenia” məlumat yayıb. Hərbi hissələrin birində baş vermiş faktı ölkənin Müdafiə Nazirliyi də təsdiqləyib.

İlkin fərziyyəyə görə, o, intihar edib.

Əsgərin kimliyi açıqlanmayıb. Onun cari ilin əvvəlində orduya çağırıldığı bildirilib.

Xəbər xətti