Qubada fəhlə faciəvi şəkildə öldü

12:10 - 24 May 2021 - HADİSƏ

Quba rayonunda fəhləni elektrik cərəyanı vuraraq öldürüb.

Ucnoqta.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Əliqulu Nərimanov küçəsində baş verib.
Belə ki, tikintidə fəhlə işləyən rayonun Yeni Güləzi kənd sakini, 1985-ci il təvəllüdlü Vasif Gülməmməd oğlu Sadıqovu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, V.Sadıqov ailəli idi, 2 övladı var.

Xəbər xətti