Bakıda gənc qızı avtomobil vurdu

07:50 - 24 May 2021 - HADİSƏ

Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Yolu keçən 1993-cü il təvəllüdlü Namazova Vüsalə Nizami qızını avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti