Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb

22:39 - 23 May 2021 - DÜNYA

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 197 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 210 min 291 nəfər test edilib, onların 7 min 839-nun koronavirus testi pozitiv nəticə verib, 11 min 202 nəfər sağalıb, min 843 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 46 min 268 nəfər ölüb.

Türkiyədə indiyədək 5 miyon 186 min 487 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 milyon 24 min 313 nəfəri müalicə olunaraq evə buraxılıb.

Xəbər xətti