Azərbaycanda zəlzələ olub

20:15 - 23 May 2021 - HADİSƏ

Mayın 23-də İmişli rayonunda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Ucnoqta.az-a verilən məlumata görə, yerli vaxtla saat 18:20-də Saatlı stansiyasından 21 km qərbdə İmişli rayonunda zəlzələ qeydə alınıb.

Ocağı 45 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3 -ə bərabər olub.
Zəlzələ hiss olunmayıb.

Xəbər xətti