Şirvanda küçədən kişi meyiti tapılıb

16:23 - 23 May 2021 - HADİSƏ

Şirvanda kişi meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, Şirvan sakini, 1958-ci il təvəllüdlü Əhədov Böyükağa Həmidağa oğlunun meyiti şəhərin H.Əliyev prospektində yerləşən köhnə peşə məktəbinin həyətindən tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər şobəsinə aparılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti