“Kimin qalib gələcəyinin əhəmiyyəti yoxdur, biz ...” - Samirə

10:37 - 23 May 2021 - MAQAZİN

“Kimin qalib gələcəyinin əhəmiyyəti yoxdur, biz artıq qalibik”.

Bu sözləri “Avroviziya-2021” müsabiqəsində Azərbaycanı təmsil edən müğənni Samirə Əfəndi "İnstagram" hesabında yazıb.

Samirənin paylaşdığı fotoda ona daha əvvəl sevgi etirafı edən Norveç təmsilçisi TIX (Andreas Haukeland) də yer alıb.
Budəfəki “Avroviziya-2021”in qalibi 524 xalla İtaliya təmsilçisi “Maneskin” qrupu olub. İtaliya təmsilçilərinin "Zitti e buoni" mahnısı səsvermə zamanı ən çox xal toplayan ifa olub. Azərbaycanı “Mata Hari” mahnısı ilə təmsil edən Samirə Əfəndi isə 20-ci yerdədir.///cebhe.info


Xəbər xətti