İsrailin aviazərbələri nəticəsində həlak olan fələstinlilərin sayı 230-a çatıb

13:33 - 20 May 2021 - DÜNYA

 İsrailin Qəzza zolağına aviazərbələri nəticəsində həlak olan fələstinlilərin sayı 230-a çatıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, ölənlərin arasında onlarla uşaq və qadınlar da var. "Qəzza zolağında İsrailin aviauzərbələri zamanı həlak olan fələstinlilərin ümumi sayı münaqişənin başladığı dövrdən 230 nəfərə çatıb. Onlardan 65-i uşaq, 39-u qadındır, 1710 nəfər isə yaralanıb", - məlumatda bildirilir.

Mayın 10-da axşam İsrailin sərhədində və Qəzza zolağında vəziyyət gərginləşib. Son məlumata görə, İsraildə 12 nəfər həlak olub, 50-dən çoxu isə yaralanıb. 

Zaur

Xəbər xətti