Paşinyan Azərbaycanla sənəd imzalayacağını təsdiqlədi

12:01 - 20 May 2021 - DÜNYA

Ermənistan Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanla yeni sənədi müzakirə etdiyini təsdiqləyb.

Axar.az xəbər verir ki, hökumətin iclasında çıxış edən Paşinyan sənədin 100% Ermənistanın maraqlarına xidmət etdiyini bildirib.
O, Azərbaycanın bu sənədə razılıq verəcəyi halda onu imzalayacağını söyləyib.

Qeyd edək ki, bundan öncə Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sərkisyanın kürəkəni Mikayıl Minasyan Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı yeni sənədin olduğunu bildirmişdi. Onun iddiasına görə, bu sənədə Ermənistan seçkiyə qədər Azərbaycan qoşunlarının Qaragöldən geri çəkilməsini, bir neçə əsiri İrəvana geri qaytarılmasını salmaq, Qazaxın və Naxçıvanın işğalda saxlanılan 6 kəndini Azərbaycana qaytarmaq istəyir.

Xəbər xətti