Bakıda evakuator maşını minik avtomobili ilə toqquşub, ölən var

07:32 - 20 May 2021 - HADİSƏ

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Belə ki, Mərdəkan şosesində 99-JR-282 dövlət nömrə nişanlı "İsuzu" markalı evakuatorla, 99-RN-941 dövlət nömrə nişanlı "Renault" markalı avtomobil toqquşub. Qəza nəticəsində orta yaşlı kişi (şəxsiyyəti araşdırılır - red) hadisə yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti