Bakıda sərnişin avtobusu velosipedçini vurub

22:41 - 19 May 2021 - HADİSƏ

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Qəza Rəşid Behbudov küçəsində baş verib. 1997-ci il təvəllüdlü Əhmədov Qoşqar Sərvər oğlu idarə etdiyi velosipedlə yol kənarında hərəkətdə olan zaman onu “Bakubus MMC”-yə məxsus 2 nömrəli marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.
Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.///Apa

Xəbər xətti