Türkiyədə xüsusi təhlükəli terrorçu zərərsizləşdirilib

22:13 - 19 May 2021 - DÜNYA

Türkiyənin cənub-şərqində zərərsizləşdirilmiş PKK-nın iki terrorçusundan biri respublikanın Daxili İşlər Nazirliyi tərəfindən ən çox axtarılan cinayətkarlardan olub.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə nazirliyin xəbərində deyilir.
Qeyd edilir ki, “Aqit Bismil” kod adı ilə tanınan Aydın Şimşek 2018-ci ildən çoxlu sayda dinc sakininin qətlində və yaralanmasında məsuliyyət daşıyıb.

Onun yaxalanmasına kömək üçün 10 milyon türk lirəsi (1,2 milyon ABŞ dolları -red) məbləğində mükafat təyin edilmişdi.
Məlumata görə, terrorçular Türkiyənin Milli İstihbarat (Kəşfiyyat) Təşkilatı (MİT) tərəfindən əldə olunmuş məlumatlar əsasında keçirilmiş xüsusi əməliyyatın gedişatında Diyarbəkir əyalətinin Liçe rayonunda zərərsizləşdirilib.

Xəbər xətti