Məşhur stilist Samirənin geyimindən danışdı

20:32 - 19 May 2021 - MAQAZİN

Samirə möhtəşəm oxudu, geyim, saç və makiyaj bir-birini tamamlayırdı. Hər şey əla idi.

Ucnoqta.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında stilist Anar Ağakişiyev deyib. O bildirib ki, səhnə kostyumu Samirəyə yaraşırdı:

“Bəzi detallara əl gəzdirəndən sonra uğurlu nəticə əldə olundu. Bu geyimin Aygün Kazımovanın səhnə geyiminə bənzədilməsinə gəldikdə, insanlar bilməlidir ki, hər bir dizaynerin öz dəstxətti var. Eləcə də vizajistin. Məsələn, etdiyim makiyajları görən hər kəs bilir ki, bu, mənim stilimdir. Ola bilsin ki, bənzərlik var, parça eynidir, fasonda bəzi detallarda da oxşarlıq sezə bilərik.

Bu, qəbahət və tənqid ediləsi mövzu deyil. Əgər iki iştirakçının geyimi eyni olsaydı, bunu tənqid etmək olardı. Məsələn, “Oskar” mərasimində oxşar libaslar seçən ulduzlar tənqid olunur. İndiki halda bunu bu qədər şişirtməyə və ürək bulandırmağa nə gərək var? Yaxşı nəticə almaq istəyiriksə, bir olmalıyıq, bir-birimizi dəstəkləməliyik”.

Xəbər xətti