Qazaxda yol qəzası zamanı iki nəfər xəsarət alıb

20:19 - 19 May 2021 - HADİSƏ

Qazax rayonunda yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, yol qəzası rayonun Daş Salahlı kəndində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobilitoqquşub. Qəza zamanı iki nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb olunub.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti