Bakıda “BakuBus” avtobusu qəzaya düşüb

19:04 - 19 May 2021 - HADİSƏ

Bakıda yol-nəqliyyat hadisəsi olub.

"Report"un xəbərinə görə, hadisə Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, "Opel" markalı avtomobillə “BakuBus” MMC-nin istismarında olan 10 nömrəli müntəzəm marşrut xətti üzrə “Iveco” markalı sərnişin avtobusu toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti