ABŞ vətəndaşlarına Azərbaycan və Ermənistanla bağlı çağırış etdi

15:06 - 19 May 2021 - DÜNYA

ABŞ Dövlət Departamenti öz vətəndaşlarını Ermənistan və Laçın koridoru ilə Qarabağa səyahətlərdən çəkinməyə, eləcə Azərbaycanla sərhəddəki yollarda ehtiyatlı davranmağa çağırıb.

Bu barədə məlumat ABŞ Dövlət Departamentinin saytında yer alıb.
Dövlət Departamenti Ermənistanda koronavirusa yoluxma səviyyəsinin yüksək olduğunu da bildirib. Ermənistandakı vəziyyət 4-cü səviyyəli təhlükə olaraq təqdim edilib.

Vaşinqton, həmçinin Azərbaycanda “terror təhdidi”nin olduğunu vurğulayıb:
“Azərbaycan terror hücumlarının obyekti ola bilər, Azərbaycan-İran sərhədinə lazımsız səfərlərdən qaçın”.

Qeyd edək ki, ABŞ-ın Azərbaycanla bağlı çağırışı İsrail-Fələstin qarşıdurmasında ABŞ-ın tutduğu mövqe səbəbindən İranın sərt açıqlamalarına görədir.///axar.az

Xəbər xətti