Hindistanda tarixi məscidin sökülməsi müsəlmanlar tərəfindən böyük bir hiddətə səbəb olub.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Hindistan sünni Mərkəzi Fondu hökumətinin bəyanatında deyilir ki, məhkəmənin qərarına zidd olaraq məscid sökülüb.
Mərkəzi Fondunun prezidenti Zufar Faruki məscidin sökülməsini əsassız və qanunsuz adlandırıb. Faruki həmçinin məscidin sökülməsini həyata keçirən vəzifəli şəxslər üçün tədbirlərin yüksək səviyyədə aparılması və məhkəmə araşdırması məqsədilə Ali Məhkəməyə müraciət edəcəklərini bəyan edib.