Bakıda cəzaçəkmə müəssisəsində məhbus öldü

14:25 - 19 May 2021 - HADİSƏ

Azərbaycanda cəzaçəkmə müəssisəsində məhbus vəfat edib.

Hadisə Xəzər rayon, Binə qəsəbəsi ərazisində yerləşən 17 Saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.

Belə ki, cəzaçəkmə müəssisəsində cəza çəkən, 1993-cü il təvəllüdlü Məmmədağa Əzimov qəfildən ölüb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.///report

Xəbər xətti