"Kanallardan birində ötən gün hind rəqsi oynadım. Evdəkilərdən o qədər tənqid aldım ki... Həyat yoldaşım və qızım tənqid etdi. Deyirlər, oynama, artıq nənəsən. Yoldaşım deyir ki, bundan sonra milli rəqs oyna"
Ucnoqta.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Həmin Zaur" proqramında deyib. Sənətçi həyat yoldaşının ona hind rəqsi oynamaq qadağası qoyduğunu deyib.
Fatimə Rusiya toylarına gedən ifaçılarla bağlı sualları cavablandırıb: "Niyə orada qalanları qınayırıq? Orada onları sevirlər. Moskvada məclisdən məclis çıxır. Mənə də təklif oldu, gedəcəm yenə. Amma qayıdacam, qalmaq olmayacaq".
Rəqqasə sənət aləmindəki xanımların xoşbəxt olmamasından bəhs edib: "Efirdə gülüb-danışırıq, deyirlər bəxtəvərdi. Amma oturub sayırıq ki, filankəslər... Hamının həyatdan bir qırıqlığı var. Həqiqətən də sənətdə tam xoşbəxt olan bir xanım yoxdur. Seçilən oluruq...
Hər şey Allahın əlindədir. 10-15 il əvvəlki Fatimə neçə restorana qaçırdım ki, aş gətirim.
Yüksəldikcə, düşmənim də artdı. Arxadan zərbələri görə-görə gəlirəm. İndi hər şeydən üzülmüşəm: ikiüzlülükdən, riyakarlıqdan, yalançılıqdan. Hər zaman yanımdakılara qabağa getməyə kömək etmişəm. Sonra elə davranırlar ki, sanki elə də olmalıdır".