ABŞ ballistik raketi erkən aşkarlayan sistemini kosmosa göndərib

08:10 - 19 May 2021 - DÜNYA

ABŞ Hərbi kosmik qüvvələri “SBIRS GEO 5” ballistik raketləri erkən aşkarlanma sistemini “Atlas V” raket-daşıyıcısı ilə kosmosa göndərib. APA TASS-a istinadən xəbər verir ki, raket Florida ştatının Kanaveral burnundakı kosmodromdan orbitə buraxılıb. Qeyd edək ki, “SBIRS GEO 5” peyki ABŞ-ın raket hücumu xəbərdarlıq sisteminin bir hissəsidir. Bura iki eşelon - yer (radiolokasiya stansiyaları şəbəkəsi) və kosmik (infraqırmızı avadanlıqla təchiz edilmiş peyklər şəbəkəsi) daxildir.

Xəbər xətti