Lənkəranda avtomobil piyadanı vurub öldürdü

23:40 - 18 May 2021 - HADİSƏ

Lənkəran rayonunda ağır yol qəzası baş verib.

Hadisə rayonun Şağlaser kəndində qeydə alınıb. Belə ki, 1964-cü il təvəllüdlü, Əliyev Ağaziyad Miryunus oğlu “VAZ 2107” markalı avtomobillə vurulub.

Sürucü xəsarət alan şəxsi avtomobili ilə xəstəxanaya çatdırmaq istəsə də A.Əliyev yolda vəfat edib.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Sürücü izahatı alınmaq üçün polis şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti