Goranboyda iki qardaş döyüldü

23:10 - 18 May 2021 - HADİSƏ

Goranboy rayonunda döyülmə hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Xoylu kəndində qeydə alınıb. Kənd sakinləri, 1996-cı il təvəllüdlü Cəbransarı Əziz oğlu Fərmanov və onun qardaşı, 1992-ci il təvəllüdlü Sakit kənd ərazisində döyülüb.

Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatları hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti