Salyanda avtomobil betona çırpılıb, sürücü ölüb

11:00 - 18 May 2021 - HADİSƏ

Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.

 
APA-nın xəbərinə görə, hadisə Ələt-Astara magistralının 91-ci kilometrliyində qeydə alınıb. “Reno megan” markalı, 99 VD 376 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq betona çırpılıb.

Avtomobilin Anar adlı sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı BDYP-də araşdırma aparır.

 

Xəbər xətti