Tbilisidə qadın yanğın zamanı özünü binadan yerə atıb

10:32 - 18 May 2021 - HADİSƏ

Tbilisinin Pekin prospektində çoxmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yanğın baş verib.

APA-nın xəbərinə görə, yanğının söndürülməsi üçün əraziyə 14 yanğın-xilasetmə qrupu cəlb edilib, bina sakinləri təxliyə ediliblər.

Hadisə zamanı yanğın baş verdiyi bildirilən mənzilin eyvanından özünü atan gənc qadın ağır bədən xəsarətləri alıb. Xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.

Yanğının qısaqapanmadan qaynaqlandığı ehtimal olunur.

Xəbər xətti