Binəqədidə bir neçə mağaza yanıb

09:50 - 18 May 2021 - HADİSƏ

Binəqədi rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 200 kv.m olan bir dam altında tikilən müxtəlif təyinatlı mağazaların yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Xəbər xətti