Hacıqabulada iki avtomobil toqquşub, 1 nəfər ölüb

08:35 - 18 May 2021 - HADİSƏ

Hacıqabulda ağər yol qəzası baş verib. APA-nın xəbərinə görə, hadisə Hacıqabul şəhəri ilə Bakı-Qazax magistralının kəsişməsində baş verib."Mercedes" markalı yük avtomobili "Ateko" markalı avtomobillə toqquşub. Nəticədə Tovuz sakini, 1959-cu il təvəllüdlü Hüseynov Zirəddin Yahya oğlu hadisə yerində ölüb, Tovuz rayinunun Əyyublu kənd sakini, 1953-cü il təvəllüdlü Hacıyev Vaqif Yahya oğlu və 1995-ci il təvəllüdlüHuseynov Elşən Fazil oğlu yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti