Rusiyada helikopter qəzaya uğradı, ölən və xəsarət alanlar var

00:21 - 18 May 2021 - HADİSƏ

Rusiyada helikopter qəzası baş verib.

Reportun TASS-a istinadən məlumatına görə, hadisə Arxangelsk əyalətində qeydə alınıb.

Rusiya Federasiyasının İstintaq Komitəsinin nəqliyyat üzrə Şimal-Qərb İstintaq İdarəsinin məlumatına görə, əyalətin Vaskovo hava limanından səmaya qalxan “Robinson” tipli helikopter Mudyuq adasında yerə düşüb. Qəza nəticəsində 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb, daha 1 nəfər itkin düşüb.

Hadisənin başvermə səbəbi açıqlanmır.

Xəbər xətti