Bakıda avtomobillər toqquşdu, xəsarət alan var

22:19 - 17 May 2021 - HADİSƏ

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1977-ci il təvəllüdlü Məmmədov Azər Mədət oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin əziyi diaqnozu qoyulub.

Xəbər xətti