Bu gün evləndilər, bu gün də nikah şəhadətnamələrini itirdilər - Bakıda İLGİNC OLAY

21:14 - 17 May 2021 - HADİSƏ

Azərbaycanda bu gün evlənən cütlüyün nikah şəhadətnaməsi itib.

Ucnoqta.az xəbər verir ki, hadisə paytaxt ərazisində qeydə alınıb.
Belə ki, mayın 17-də 1996-cı il təvəllüdlü Quliyev Azər Xəqani oğlu ilə 1998-ci il təvəllüdlü Salamova Gülnaz Ağaməmməd qızı arasında Bakıda yerləşən 2 saylı "ASAN xidmət" mərkəzinin qeydiyyat şöbəsində nikah bağlanılıb.

Amma mərkəzdə cütlüyə verilən nikah şəhadətnaməsi onlar evlərinə gedən zaman itib.
Cütlüyə aid şəhadətnəmə sonradan paytaxtın Xətai rayonunda, "Nargilə" kimi tanınan ərazidə tapılıb. Hazırda şəhadətnaməni tapan vətəndaş onu sahiblərinə təqdim etmək üçün cütlüyü axtarır. ///Report


Xəbər xətti