Polad Alemdar BOŞANDI: 16 min aliment ödəyəcək

19:01 - 17 May 2021 - MAQAZİN

“Kurtlar Vadisi” serilaından məşhurlaşan türkiyəli aktyor Polat Alemdar 2012-ci il dekabrın 12-də ailə həyatı qurduğu Nagehan Şaşmazdan boşanıb. 

Lent.az xarici KİV-ə istinadən bildirir ki, cütlüyün 8 və 4 yaşlarında iki övladı var.  Məhkəmənin qərarı ilə aktyor övladlarına ayda 16 min TL (3 200 AZN) aliment ödəyəcək.

Nagehan Şaşmaz 2019-cu ilin fevralında 2 uşağına görə, həyat yoldaşından 10 milyon türk lirəsi vərəsəlik hüququ və boşanma iddiası məhkəməyə müraciət edib. Şaşmazın psixoloji, fiziki təzyiqlərinə və zorakılığına məruz qaldığını iddia edən Nagehan Şaşmaz 20 milyon lirə təzminat, özü və iki uşağına cəmi 60 min lirə aylıq aliment tələb etmişdi.

Xəbər xətti