Qəzzadan İsrailə atılan raket yaşayış binasına düşüb - Yaralılar var

15:26 - 17 May 2021 - DÜNYA

Qəzza zolağından İsrailə atılan raketlərdən biri ölkənin cənubundakı Aşdod şəhərində yaşayış binasına düşüb.

Hadisə nəticəsində yaralıların olduğu deyilir.

Bir neçə tikiliyə ciddi ziyan dəyib.

Bundan başqa, Beer-Şeva şəhərində həyəcan siqnalları səslənməyə başlayıb. Sakinlər sığınacaqlara keçməyə çağırılıb.

Qeyd edək ki, mayın 10-dan etibarən İsraillə Qəzza zolağı arasında başlayan münaqişədə hər iki tərəfdən 230-a yaxın şəxs həlak olub.///trend

Xəbər xətti