Ucnoqta.az
www.ucnoqta.az

Qəzzadan İsrailə atılan raket yaşayış binasına düşüb -<font color=red><b> Yaralılar var</b></font>

15:26 - 17 May 2021 tarixində dərc olunub.

Qəzza zolağından İsrailə atılan raketlərdən biri ölkənin cənubundakı Aşdod şəhərində yaşayış binasına düşüb.

Hadisə nəticəsində yaralıların olduğu deyilir.

Bir neçə tikiliyə ciddi ziyan dəyib.

Bundan başqa, Beer-Şeva şəhərində həyəcan siqnalları səslənməyə başlayıb. Sakinlər sığınacaqlara keçməyə çağırılıb.

Qeyd edək ki, mayın 10-dan etibarən İsraillə Qəzza zolağı arasında başlayan münaqişədə hər iki tərəfdən 230-a yaxın şəxs həlak olub.///trend

Müəllif: