“Kapital Bank”ın filial müdiri özünü asıb - Yenilənib

“Kapital Bank”ın filial müdiri intihar edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bankın Xəzər rayon filialının müdiri Mahir Sultanov özünü öldürüb.

O, Şüvəlan qəsəbəsində yerləşən filiala rəhbərlik edirmiş. İntiharın səbəbi hələ ki, bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

***

Baş Prokurorluq “Kapital Bank”ın filial müdiri Mahir Sultanovun intiharı ilə bağlı açıqlama verib.

Ucnoqta.az-ln sorğusuna cavab olaraq Mətbuat xidmətindən bildirilib ki, mayın 17-də saat 07 radələrində paytaxtın Binəqədi rayon sakini, 1981-ci il təvəllüdlü Mahir Sultanovun yaşadığı mənzildə turnikə bərkidilmiş kəndirlə özünü asaraq öldürməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Araşdırma üzrə məhkəmə tibb ekpertizası təyin olunub, digər zəruri prosesual hərəkətlər həyata keçirilib. Hazırda Binəqədi Rayon Prokurorluğunda araşdırma davam etdirilir.

 

Tarix
17 May 2021 [14:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-05-17 14:49:36
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin